Tez-tez verilən suallar

Aşağıdakı cavablar ümumi xarakter daşıyır; konkret layihə üçün dəqiq məlumat Əlaqə və ya görüşdən sonra verilir.

Layihənin qiyməti necə hesablanır

Funksiyaların həcmi, inteqrasiyaların sayi, dizayn dərinliyi və son tarixdən asılıdir. İlkin mərhələdə qısa təsvir Əsasinda təxmini aralıq, sonra isə texniki tapşırıq Əsasinda fiks təklif verilir.

Minimum müddət nə qədər ola bilər

Sadə bir səhifəli təqdimat bir neçə gün, orta veb layihə həftələr, böyük sistemlər isə aylarla ölçülür. Müddət keyfiyyət zərər verməyəcək şəkildə planlanır.

Mənbə kod mənə verilirmi

Bu, müqavilə şərtində aydın yazılır. Adətən ödəniş mərhələləri tamamlandıqdan sonra repozitoriya və ya arxiv təslim edilir. üçünc— tərəf kitabxanalarin lisenziyalari nəzərə alınir.

Hosting və domen kimdə qalır

Adətən müştərinin hesabında qeydiyyat tövsiyə olunur; texniki quraşdırma üçün müvəqqəti giriş əlavə edilə bilər. İstəsəniz tam həll açar təqdim formatında da mümkündür.

Google-da görünmək üçün nə lazımdır

Texniki olaraq SEO-dost struktur, sürət, mobil uygunluq və sitemap hazırlanır. Kontentin keyfiyyəti, açar sözlər və xarici keçidlər isə ayrıca məzmun strategiyası tələb edir — bunu birgə planlamaq olar.

ödəniş necə aparılır

Bank köçürməsi və ya razılaşdırılmış digər üsullar. Böyük layihələrdə mərhələli ödəniş: avans, aralıq mərhələlər, qabul sonrası.

hev.pul nədir və pulsuzdur

hev.pul — hev.az-in Azərbaycanca şəxsi maliyyə veb tətbiqidir: xərc, borc, büdcə, qrafik. Pulsuzdur, reklamsızdır. ƏtraflıTətbiq

Biznes üçün maliyyə proqramı hazırlaya bilərsiniz

Bəli — kassa, borc, hesabat və admin panel daxil olmaqla fərdi proqram. Proqram hazırlanmasıƏlaqə.

Dəstək müddəti varmı

Yayıml sonrası müəyyən müddət üçün xəta düzəlişləri müqavilədə göstərilir. Sonrasi üçün ayrıca dəstək paketi və ya saatliq Əsas tutula bilər.

İngilis dilində sənəd və ya interfeys mümkündürmü

Bəli, interfeys və sənədləşmə çoxdilli ola bilər; layihə tələbi ilə razılaşdırılır.

Mövcud saytı yeniləmək olar

Bəli, kod reviziyasi, framework yeniləməsi və ya tədrici miqrasiya müzakirə olunur. Köhnə kodun vəziyyəti Əvvəlcə qiymətləndirilir.

əlavə sual üçün Əlaqə