Rəqəmsal məhsullar · Bakı, Azərbaycan hev.pul tətbiqi · Əlaqə

Məhsul · hev.pul

Azərbaycanca maliyyə proqramı — xərc, borc və büdcə bir yerdə

«Maliyyə proqramı», «xərc izləmə», «şəxsi pul hesabı» axtaranlar üçün hazırlanmış pulsuz veb tətbiq: mədaxil və xərcləri qeyd edin, borcları izləyin, aylıq ödəniş planı qurun, qrafiklərlə vəziyyətinizi görün. Məlumatlarınız AES-256-GCM şifrələmə ilə qorunur.

Pulsuz qeydiyyat — hev.pul Daxil ol

Nə edə bilərsiniz

Mədaxil və xərc

Maaş, market, yanacaq, kommunal və digər kateqoriyalar üzrə əməliyyat qeydi. Canlı balans və aylıq xülasə.

Borc izləmə

Borc vermə, borc alma və bank krediti. Qalıq, ödəniş tarixçəsi və bağlanmış borclar.

Aylıq plan

İpoteka, kredit, abunəlik kimi təkrarlanan ödənişlər — hər ay xatırlatma pəncərəsi ilə.

Büdcə və qrafiklər

Aylıq büdcə limiti, 6 aylıq gəlir/xərc qrafiki, kateqoriya üzrə xərc diaqramı.

Mobil uyğun

Telefon brauzerində app kimi işləyir — ayrıca mağazadan yükləmə tələb etmir.

3 tema

Gecə, Süzmə və Okean — göz yorğunluğunu azaldan interfeys seçimləri.

Təhlükəsizlik: məlumatlar SQL-də şifrələnir

Çox sadə «pul proqramı» yalnız ekranda gözəl görünür; vacib sual budur: serverdə məlumat necə saxlanılır hev.pul-da məbləğ, ad, mobil nömrə, təsvir və qeydlər verilənlər bazasında AES-256-GCM tətbiq səviyyəli şifrələmə ilə yazılır. Parol isə ayrıca bcrypt hash kimi saxlanılır — düz mətn deyil.

Bu yanaşma kiçik biznes və fərdi istifadəçilər üçün praktik təhlükəsizlik təmin edir: bazaya birbaşa baxanda həssas sahələr oxunaqlı mətn kimi görünmür. Korporativ layihələr üçün eyni texnologiya xidmətlər çərçivəsində fərdi maliyyə paneli və CRM modullarına da tətbiq oluna bilər.

Kimlər üçün uyğundur

Korporativ kassa, çox istifadəçili ERP və ya mürəkkəb hesabat sistemləri üçün fərdi proqram hazırlanması xidmətinə baxın — hev.az həm məhsul, həm də sifarişlə proqram təminatı təklif edir.

Tez-tez verilən suallar

hev.pul pulsuzdur

Bəli — qeydiyyat pulsuzdur, reklam yoxdur. Mobil nömrə və parol ilə hesab açırsınız.

Telefonda işləyir

Bəli. Veb tətbiq kimi brauzerdən istifadə edilir; ana ekrana əlavə edərək app kimi aça bilərsiniz.

Bank hesabıma qoşulur

Xeyr — manual qeydiyyat modelidir. Bu, sadəlik və məlumat nəzarəti üçün seçilib; avtomatik bank inteqrasiyası ayrıca layihədir.

Öz biznesim üçün belə proqram hazırlaya bilərsiniz

Bəli. Maliyyə modulu, admin panel, çox istifadəçi, şifrələmə və hesabat — əlaqə forması ilə müzakirə edin.

hev.pul-u aç Fərdi layihə sorğusu